“Səbail” 4 yoxlama oyunu keçirəcək
06.01.2022 , 20:21
“Səbail” təlim-məşq toplanışına start verib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda dünəndən “ASCO Arena”da məşqə çıxır. “Dənizçilər” 10 yanvardan məşqlərini “Dalğa Arena”da davam etdirəcək.
Aftandil Hacıyevin komandası 4 yoldaşlıq oyunu keçirməyi planlaşdırır.