“Səbail”dən yeni transfer
20.06.2022 , 15:59
“Səbail” daha bir futbolçunun keçidini açıqlayıb.
Korner.az xəbər verir ki, “dənizçilər” müdafiəçi Vüqar Həsənovu heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Həsənovla 1 illik müqavilə imzalanıb.
Müdafiəçi ötən mövsümü “Kəpəz”də keçirib.
“Səbail” bu gün Vüsal Qənbərovla da müqavilə imzalayıb.