“Qarabağ” həmişəki kimi yaxşı oyunçulara malikdi. Rəqibi yaxşı analiz etmişik. Səfərdə oynasaq da, çalışacağıq ki, maksimum nəticə qazanaq”.
Korner.az-ın məlumatına görə, bu sözləri AZAL-ın futbolçusu Rəşad Abdullayev deyib.
Yarımmüdafiəçi rəqibə yenə çətin anlar yaşadacaqlarını bildirib: “AZAL-la oyunlar “Qarabağ” üçüe həmişə çətin olub. Çalışacağıq ki, rəqibə bu çətinliyi yenə yaşadaq. Yəni “Qarabağ” üçün yenə çətin olacaq. Artıq xal toplamaq vaxtıdı”.