Milli komandamızın və "Xəzər Lənkəran"ın futbolçusu Ruslan Abışov bu həftə Rusiyanın "Rubin" klubu ilə rəsmi müqavilə imzalayacaq.
Korner.az-ın məlumatına görə, gənc müdafiəçi Antalyada olan Kazan təmsilçisinin təlim-məşq toplantısına da qoşulub.
Rusiya mətbuatı isə Abışovun "Rubin"də qazanacağı illik məvacibi açıqlayıb. 26 yaşlı futbolçumuz Kazan təmsilçisində ilinə 350 min avro qazanacaq.
Qeyd edək ki, mövsümün əvvəlində "Neftçi"dən "Xəzər Lənkəran"a transfer olunan 26 yaşlı futbolçu keçirdiyi 15 oyunda 2 qola imza atıb.