big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ruslan Abışov: “Vəziyyət yaxşı deyildi”

30.07.2014 , 05:20

Hollandiya toplanışını yekunlaşdıran “Qəbələ” iki gün öncə vətənə dönüb.

Korner.az-ın məlumatına görə, komandaya mövsümlərarası fasilədə qoşulan yerli futbolçular – Ruslan Abışov, Cavid Hüseynov və Ruslan Əmircanov toplanışın ardından hazırlıq prosesi barədə fikirlərini gabalafc.az-la bölüşüblər.

Ruslan Abışov: “Avropa Liqasındakı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət o qədər də yaxşı deyildi. Amma Hollandiyada baş tutan təlim-məşq toplanışı komandanın toparlanması, özünə gəlməsi baxımından önəmli rol oynadı. Məşqlərimiz çox yararlı keçdi, güclü komandalarla qarşılaşdıq. Hal-hazırda komanda yaxşı vəziyyətdədir. Əhval-ruhiyyəmiz də düzəlib. Premyer Liqanın ilk oyununda – “İnter”lə matçda yaxşı nəticə göstərib çempionata uğurlu start vermək istəyirik. Bununla da bu uzun marafona hazır olduğumuzu göstərmək niyyətindəyik. Düzdür, komanda yeni formalaşıb, heyətdə yeni futbolçular çoxdur. Bu baxımdan komandanın tam formaya düşməsi, komplektləşməsi üçün biraz zamana ehtiyacımız var. İnanıram ki, çempionatın bir neçə turundan sonra hamının gözlədiyi “Qəbələ”ni görəcəyik”.

Cavid Hüseynov: “Hazırlıq prosesimiz yüksək səviyyədə keçdi. Deyərdim ki, komanda həm fiziki, həm taktiki, həm də psixoloji cəhətdən hazır duruma gəldi. Gündəlik iki məşq etdik və güclü rəqiblərlə qarşılaşdıq. Yorğunluğumuz olsa da, məsuliyyətimizi dərk edərək məşqlərdə səylə çalışdıq. Bunun da faydasını çempionatda görəcəyik. Heyətdə yeni olsam da, komandaya tez uyğunlaşdım. İnanıram ki, gücümüzü birləşdirib “Qəbələ”ni hədəflərinə çatdıracağıq”. 

Ruslan Əmircanov: “Komandanın hazırkı durumunun yaxşı olduğunu söyləmək mümkündür. “Qəbələ” Hollandiya toplanışı boyunca keçirdiyi sınaq matçlarında güclü klublarla başa-baş mübarizə apardı. 90 dəqiqə boyunca rəqibləri ilə məzmunlu oyun göstərdi. Bu da komandanın həm fiziki, həm də psixoloji cəhətdən irəliyə doğru böyük addım atdığını deməyə əsas verir. Heyətdəki bütün futbolçuların və məşqçi heyətinin hazırlıq prosesinə ciddi yanaşması, məşqlərdə gərgin çalışması öz nəticəsini verir. Baş məşqçi meydançada da, meydançadan kənarda da intizama hədsiz önəm verir. Biz də bunun xeyrini görürük.
Keçirdiyimiz oyunlarda komandanın güclü və zəif tərəflərini müşahidə etdik. “İnter”lə oyuna qədər çatışmayan tərəflərimiz üzərində işləyib qarşılaşmaya tam hazır olacağıq”.

Son yazılar

To Top