Rusiya Premyer Liqasında 2012-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, şimal qonşularımızın “sportbox.ru” saytının klubların baş məşqçiləri arasında apardığı sorğu nəticəsində Rusiya milli komandasının və “Zenit”in futbolçusu Roman Şirokov hamıdan çox xal toplayaraq birinci olub.
17 xal toplayan Şirokovdan sonra “Zenit”in digər futbolçusu İqor Denisovla “Anji”nin hücumçusu Samüel Eto`O 11 xalla müvafiq olaraq ikinci və üçüncü pillələri tutublar.