Rusiya Futbol Federasiyası ölkənin birinci və ikinci liqalarında çıxış edən cəmi 14 kluba transfer qadağası qoyub.
Korner.az-ın məlumatına görə, maliyyə problemləri ucbatından komandalara transfer qadağası qoyulub.
Ölkənin birinci futbol liqasında çıxış edən komandalardan “Rubin” Kazan, “Sovetov Samara”, “Amkar Perm” və “Tom Tomsk”a, ikinci liqada isə lider “Dinamo” Moskva da daxil olmaqla 10 kluba bu cəza verilib.