big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Rövnəq Abdullayev: “Məgər Braziliya səviyyəsinə gəlib çatmalı idik?”

07.03.2014 , 10:54

“Qurban Qurbanovun 23 yaşlı futbolçulardan ibarət komandanın yaradılması üçün verdiyi təkliflə tanışam. Amma bizim “Sumqayıt” klubumuz var. “Sumqayıt”ı elitadan düşməyə qoymayacağam. Çünki bu komanda gənclərə üstünlük verir”. 

Korner.az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

“Sumqayıt”ın Premyer Liqanı tərk etməsinə icazə verməyəcəyini deyən prezident regionlarda da bir neçə belə layihəyəni həyata keçiriləcəyini bildirib: “Bu, heyətində xarici futbolçu oynamayan komandadı. Belə komandaları saxlamaq lazımdı”.

Abdullayev Premyer Liqanın dünyadakı bütün milli çempionatlar arasında 43-cü pilləyədək irəliləməsini də xüsusi vurğulayıb: “Bunu da deməliyik. Məgər Braziliya səviyyəsinə gəlib çatmalı idik?”

AFFA başçısı millimiziqn AVRO-2016-nın təsnifat mərhələsindəki şanslarını dəyərləndirib: “Düşünürəm ki, bizim AVRO-2016-ya çıxmaq şansımız var. Bəxtimizə güclü qrup düşüb. Hətta Malta da asan rəqib deyil. Dünyada 106-cı pillədəyik. Çempionatımız 43-cüdü. Ancaq rəqəmlər hər şeyi həll etmir. Düşünürəm ki, qrupda şanslarımız 50:50-yədi”.

Abdullayev bildirib ki, futbolçuların maaşlarına limit qoyulacaq: “Klublarda futbolçuların əmək haqlarına limit qoyulacaq. Formalaşmamış futbolçulara bu qədər pul vermək olmaz. Bizdə çoxlu pul verdiklərindən, xaricə getmək istəmirlər. Rəqabət yoxdusa, niyə gedib Almaniyada oynamalıdı? Kim altdan-altdan pul versə, onları cəzalandıracağıq”.

AFFA prezidenti öz işindən razı olmadığını da ifadə edib: “Öz işimdən razı deyiləm, harada işləmişəmsə, belə olub. Futbolda da belədi. Adekvat nəticələr əldə etməmişik. Futbola yaradılan şəraitlə əldə olunan nəticələr uyğun gəlmir”.

Abdullayev tikilməkdə olan Bakı Olimpiya stadionu ilə bağlı planlarını da açıqlayıb: “Həm 2016-cı il Avropa çempionatının oyunlarını, həm də 2020-ci il Avropa çempionatının oyunlarını Bakı Olimpiya stadionunda keçirməyi düşünürük. Amma hələlik 2015-ci il Avropa Oyunları üçün nəzərdə tutulub. UEFA komissiyası gəldikdən sonra hansı oyunumuzu bu stadionda keçirəcəyimizə qərar verəcəyik”.

“Hər kəs gənclərə üstünlük verilməsindən danışır. Digər tərəfdən Almaniyanın aşağı liqalarında gözdən itən qeyri-azərbaycanlıların milliyə çağırılması nə dərəcədə düzgündü” sualına Abdullayevin cavabı belə olub: “Klublara baxın. Görün orada azərbaycanlı hücumçu var? Həmçinin dayaq müdafiəçiləri də yoxdu. Berti Foqts bunu hardan alsın? Maksimum cavan oyunçular yığmağa çağırılır. Onu da deyim ki, Almaniyanın 2-ci liqasında oynayan futbolçunun səviyyəsi daha yüksəkdi”.
 
AFFA başçısı azarkeşlərlə bağlı danışıb: “Desəm ki, azarkeşlər dostdu, yalan olar. Azarkeşlik o deyil ki, dağıdasan, söyüş söyəsən. Çoxları Türkiyədəki oyunlardan nümunə götürürlər. Yaxşıları götürmürlər, pisləri götürürlər. Biz klublarda reformlara başlamışıq. Bütün klublarda müşahidə şurası yaradıldı. Bütün klublarda futbolu bilənlər olacaq. “Klub prezidenti belə deyir” söhbəti olmayacaq. Biz xaricdən mütəxəssislər yığırıq. Bunu boş yerə etmirik. Hər kluba nümayəndəmizi qoyuruq. Biz məşqçinin bütün xərcini çəkib, onları kluba qoyuruq. Beləliklə, həm vəziyyəti biləcəyik, həm də uşaq futbolunun inkişafına nail olacağıq”.
 
Abdüllayev son dövrlər “Neftçi”nin AFFA və PFL-i ittiham etməsinə də münasibət bildirib: “Sən indiyədək görmüsən ki, uduzan getsin kiməsə razılıq etsin? Uduzubsa, şikayət etməlidi. Boş şeylərdi. Uduzan hər kəs deyir ki, məni sıxdılar. Avropada da hakimlər elə səhvlər edir ki, bizimkilər etsə, onları güllələyərlər. Hansısa klub uduzursa, deyir belədi. Kim oynayırsa, meydanda özünü göstərməlidi”.

Son yazılar

To Top