"Rəqib komanda bizdən daha hazırlıqlı idi. Öz komandamdan razıyam, əlimizdən gələni nümayiş etdirdik".
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”-“Rotor” matçından sonra Rusiya təmsilçisinin baş məşqçisi Valeri Burlaçenko qarşılaşma barədə "ağ-qaralar"ın rəsmi saytına açıqlamasında deyib.
Burlaçenko məğlubiyyətə səbəb kimi "Neftçi"nin sürətli oyununu göstərib: "Təbii ki, uduzduğumuza görə təəssüflənirik. Qarşıda görəcəyimiz çox işlər var. Oyuna gəlincə isə “Neftçi” bizdən daha sürətli idi. Rəqib top saxladığı zaman çətinlik çəkirdik və müdafiədən çıxa bilmirdik. Ümumilikdə oyun şəkli aydındır və bu gün üçün tam obyektivdir”.