“Real”ın futbolçusu Kriştiano Ronaldo 3 oyunluq cəza ala bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb onun İspaniya La Liqasının son turunda “Atletik”in futbolçusu Karlos Qurpegini itələməsidi.
ESPN nəşrinin verdiyi xəbərə görə, Ronaldo bununla kifayətlənməyərək meydanı tərk etdikdə ehtiyat hakimə təhqiredici jest də göstərib. Bu məqam da protokolda qeyd edilib.
Beləliklə Ronaldo nəinki “Vilyareal”, ondan sonrakı “Hetafe” və “Elçe” oyunlarını da buraxa bilər.