Kriştianu Ronaldo özünü futbol tarixində əbədiləşdirmək fikrindədir.
Korner.az-ın məlumatına görə, o, Portuqaliyada yerləşən Madeira Adasıda öz adına muzey inşa etdirir.
Tikintisi 2014-cü ildə bitəcək bu muzeydə Ronaldonun mükafatları və müxtəlif klublarda geyindiyi formalar və s. əşyaları yer alacaq.
Futbolçu bunu gizlin saxlamağa çalışsa da, bu baş tutmayıb və xəbər mediaya sızıb.
