Dünən FİFA "Ballon dOr" mükafatının qalibi bəlli olub.
Korner.az-ın məlumatına görə, mükafatı Portuqaliya milli komandasının və "Real Madrid"in futbolçusu Kriştiano Ronaldo layiq görülüb. 28 yaşlı futbolçu mükafat təqdim olunandan sonrakı çıxışında ona dəstək olan hər kəsə təşəkkür edib:
"Bu an nə deyəcəyimi bilmirəm. Bu mükafatı qazanmağıma kömək olduqları üçün Portuqaliya milli komandasına, "Real Madrid"ə təşəkkürümü bildirirəm. Mənə dəstək olan komanda yoldaşlarıma, məşqçilərimə, prezidentimizə, ailəmə, sevgilim İrina Şayka, oğluma və atama çox minnətdaram"
