big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

Ronaldo və Lempard “100”ləyəcək

02.04.2014 , 05:37

“Real”ın ulduzu Kriştiano Ronaldo və “Çelsi”nin üzvü Frank Lempard Çempionlar Liqasının “100-lər” klubuna girməyə hazırlaşır. 

Korner.az-ın məlumatına görə, hər iki futbolçu bu gün turnirdə 100-cu oyununu keçirə bilər.

Ronaldonun forma geyindiyi “Real” bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” (Dortmund) ilə ilk oyuna çıxacaq. 2007/08 və 2012/13 mövsümlərində turnirin bombardiri olmuş portuqaliyalı ulduz cari mövsümdə 13 qola imza atıb və yenə də bu yarışa başçılıq edir. Ronaldo Çempionlar Liqasında parladığı illərdə iki dəfə “Qızıl top” mükafatına sahib çıxıb. Ronaldo 2008-ci ildə “Mançester Yunayted”lə turnirin qalibi olub. Həmin matçda “qırmızı şeytanlar” “Çelsi” ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşmişdi. Maraqlıdı ki, qarşılaşmanın qollarına 100-cü oyununu keçirməy hazırlaşan Ronaldo və Lempard vurmuşdu. Penalti seriyasında isə Lempardın zərbəsi dəqiq olmuş, Ronaldo qeyri-dəqiq oynamışdı.

“Çelsi”nin 35 yaşlı futbolçusu isə 2001-ci ildən çıxış etdiyi komandası ilə 2011/12 mövsümündə Çempionlar Liqasının qalibi olub. Sabit oyunu ilə diqqəti çəkən Lempard bu gün də komandanın əsas simalarından biri hesab olunur.

Qeyd edək ki, Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu Rauldu. “Real” və “Şalke 04” forması ilə bu turnirdə çıxış etmiş “Real”ın sabiq forvardı yarışda 142 oyun keçirib (təsnifat mərhələsinin oyunları sayılmır). Onu “Mançester Yunayted”in uelsli veteranı Rayan Giqqzlə “Barselona”nın oyunçusu Xavi izləyir – 139 oyun.

Çempionlar Liqasında ən çox oyun keçirən futbolçular (təsnifat mərhələsi sayılmır)
1. Raul Qonzales (Real, Şalke 04) – 142 oyun
2. Rayan Giqqz (Mançester Yunayted), Xavi (Barselona) – 139
3. İker Kasilyas (Real) – 134
4. Klarense Zeedorf (Ayaks, Real, Milan) – 125
5. Paul Skolez (Mançester Yunayted) – 124
6. Roberto Karlos (Real, Fənərbaxça) – 120
7. Karles Puyol (Barselona) – 115
8. Tyerri Anri (Monako, Arsenal, Barselona) – 112
9. Paolo Maldini (Milan), Hari Nevill (Mançester Yunayted) – 109
10. Devid Bekhem (Mançester Yunayted, Real, Milan, PS) – 107
11. Viktor Valdes (Barselona) – 106
12. Oliver Kan (Bavariya), Luiş Fiqo (Barselona, Real, İnter), Eşli Koul (Arsenal, Çelsi) – 103
13. Zlatan İbrahimoviç (Ayaks, Yuventus, İnter, Barselona, Milan, PSJ) – 102
14. Petr Çex (Sparta, Çelsi), Andrey Şevçenko (Dinamo Kiyev, Milan, Çelsi) – 100
15. Frank Lempard (Çelsi), Kriştiano Ronaldo (Mançester Yunayted, Real), Alessandro Nesta (Latsio, Milan) – 99
16. Andrea Pirlo (İnter, Milan, Yuventus), Edvin van der Sar (Ayaks, Yuventus, Mançester Yunayted) – 98
17. Quti (Real), Xavyer Zanetti (İnter) – 97
18. Klaude Makelele (Nant, Real, Çelsi) – 96

Son yazılar

To Top