“Fənərbağça”dan Salih Uçanı icarəyə götürən “Roma” daha bir transferə imza atıb.
Korner.az xəbər verir ki, italyan klubu bu dəfə “Verona”dan Xuan İturbeni 22 milyon avro qarşılığında rənglərinə bağlayıb.
Qeyd edək ki, “Roma” bundan əvvəl Emanuelson, Seydu Keyta və Eşli Koul kimi ulduzlarla müqavilə imzalamışdı.