"AFFA İcraiyyə Komitəsi klublarda Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edib. Təəssüf ki, bugünədək bu məsələni həll etməyiblər".
Korner.az-ın məlumatına görə, bu sözləri Milli Mətbuat Günü ilə bağlı jurnalistlərlə görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Məmmədov bildirib ki, Şurada mətbuat nümayəndəsi, sponsorlardan 1 nəfər və s. olmalı idi. Lakin klublar AFFA-ya təqdim etdikləri siyahıda bəzən sponsorlardan 5-6 nəfərin, hətta baş məşqçinin adı yazılıb: "Başa düşmək olmur, baş məşqçinin adı o siyahıya hansı məntiqlə salınıb? Biz bu məsələyə İcraiyyə Komitəsinin növbəti iclasında nöqtə qoyacağıq".
