“Roma” rəhbərliyi kapitan Daniele De Rossi ilə bağlı qərar verib
Baş məşqçi Eysebio Di Françesko veteran futbolçuya cəza tətbiq etmək fikrində deyil.
A seriyasının XIV turunda “Cenoa” ilə səfər matçının 69-cu dəqiqəsində rəqib oyunçu Canluka Lapadulanı vurduğu üçün meydandan qovulan və “Cenoa”ya penalti hədiyyə edən De Rossi komandasını qələbədən məhrum etmişdi. İtaliya millisinin sabiq üzvü həftəsonu “Spal”la oyunu buraxmasına baxmayaraq, Di Françesko Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək son qarşılaşmada onun xidmətinə ehtiyac duyacaq.
Qeyd edək ki, “Roma” – “Qarabağ” görüşü dekabrın 5-də “Olimpiko” stadionunda keçiriləcək.