Kolumbiya millisinin heyətində 6 qol vuraraq mundialın bombardiri olan Hames Rodriqezin transferi əngəllə üzləşib.
Korner.az xəbər verir ki, “Monako”ya məxsus olan futbolçunun “Real”a keçidi üçün fransız klubu ispanlardan iki müdafiəçi istəyib.
Bu futbolçular Pepe və Fabio Koentraodur. Lakin Madrid klubu bu istəyə müsbət yanaşmır.