“Real” (Madrid) klubunun futbolçusu Xese Rodriqes karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu xəbər ispan mətbuatında yer alıb. Football Espana qəzetinin yazdığı məlumata inansaq, Xese “Everton”a keçə bilər. Bu transfer mövsüm sonunda baş tutacağı gözlənilir.
Liverpul təmsilçisinin baş məşqçisi Roberto Martines Xeseni transfer etməkdə israrlıdı.