“Mançester Yunayted”in hücumçusu Robin van Persi uğrunda mübarizə başlayıb.
Korner.az-ın məlumatına görə, “Qırmışı şeytanlar”ın baş məşqçisi Devid Moyeslə sözü düz gəlməyən və mövsümün sonunda komandadan ayrılmağa hazırlaşan van Persi ilə “Monako, “Çelsi” və “Yuventus” maraqlanır.
Qeyd edək ki, “MY” van Persini 18-20 milyon avroya satmağa hazırdır. Hollandiyalı hücumçunun komanda ilə müqaviləsi 2016-cı ildə bitir.