"Qalatasaray" Türkiyə Superliqasında bu tur "Akhisar Bələdiyyəspor" klubu ilə oyunun hazırlıqlarını başa vurub.
Korner.az-ın məlumatına görə, zədəli Emre Çolak və yenicə ata olan Quillermo Burdisso məşqə qatılmayıb.
"Cimbom"un argentinalı futbolçusu Burdisso yeni doğulan oğluna "Fransisko" adını verib. "Qalatasaray" klubu bu barədə açıqlama verib: "Ata olmaq sevincini yaşayan Quillermo Burdissonu və həyat yoldaşı Sofia Marionu təbrik edir, dünyaya gələn Fransiskoya ailəsi birlikdə xoşbəxtlik və uğur dolu həyat arzulayırıq"