“Qarabağ” “Bakı”ya qarşı oyuna hazırlaşır.
Korner.az-ın məlumatına görə, Premyer Liqanın XXV turunda paytaxt klubunu qəbul edəcək komanda günü tək məşqlə keçirib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş çalışma 16:30-da start götürüb. Məşqdə millilərdən dönən futbolçular da iştirak ediblər.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” oyunu bazar günü martın 9-u Tofiq Bəhramov adına Respublika stadionunda 18:00-da baş tutacaq.