Robben karyerasını bitirdi
04.07.2019 , 20:54

Aryen Robben futbolçu karyerasını bitirib.
Korner.az xəbər verir ki,yarımmüdafiəçi bu barədə mətbuata açıqlama verib.Bu qərarı verməyin onun üçün çətin olduğunu deyib
“Futbolçu karyeramı başa vurmağa qərar verdim.Şübhəsiz ki,bu karyeramda verdiyim ən çətin qərardır”.
Qeyd edək ki,Robben Çelsi,Real,Bavariya kimi klublarda çıxış edib.
