“Beşiktaş”ın transfer etmək istədiyi sabiq futbolçusu Rikardo Kuarejma artıq İstanbuldadır.
Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçu ötən gün İstanbula gedib. O, azarkeşlər tərəfindən coşğu ilə qarşılanıb.
Kuarejmanını bu gün tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.
