Reynaldo Gürcüstan klubuna keçir?
30.01.2020 , 20:09

“Qarabağ”ın sabiq hücumçusu Reynaldo karyerasını Gürcüstanda davam etdirə bilər.
Korner.az xəbər verir ki, o, yüksək liqa təmsilçisi “Dinamo” üçün tibbi müayinədən keçəcək.
Batumi təmsilçisi tibbi müayinənin nəticələrindən sonra braziliyalı futbolçu ilə müqavilə imzalayıb-imzalamayacağı barədə qərar verəcək.
Xatırladaq ki, Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”da çıxış etmişdi.
