Remzi “Yuventus” yolunda
25.12.2018 , 09:08

Mövsümün sonunda “Arsenal”la müqaviləsi başa çatacaq Aaron Remzinin adı “Yuventus”la hallanmağa başlayıb.
“Qoca sinyora” London klubunda illik 10 milyon avro maaş alan futbolçuya daha çox məvacib verməyə hazırdır. Mövsümün sonunda “ağ-qaralar”a pulsuz başa gələcəyi üçün “Yuventus” daha çox maaş verməyə razı olub. “Arsenal” isə hələ ki, Uels millisinin üzvünə yeni müqavilə təklif etməyib.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi cari mövsüm 21 oyuna 2 qol vurub, 6 assist edib.
