“Real”ın futbolçusu sıradan çıxdı
27.09.2018 , 12:18
“Real”ın futbolçusu Marselo zədələnib.
Korner.az-ın məlumatına görə, braziliyalı müdafiəçi La Liqanın 6-cı turunda “Sevilya” ilə görüşdə zədə alıb. Onun bəzi matçlara qatılmayacağı söylənilir.
Marselonun zədə aldığı matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.