Madridin “Real” klubu “Liverpul”un uruqvaylı forvardı Luis Suarezi transfer etməkdə israrlıdır.
Korner.az-ın məlumatına görə, Madrid təmsilçisi futbolçunun keçidi üçün qarşı tərəfə yüksək məbləğ təklif etməyi planlaşdırır.
“Kral klubu” Suarez üçün 90 milyon avrosundan keçməyə hazırdır. Lakin “Liverpul” rəhbərliyi bu təklifə münasibət bildirməkdə tələsmir. Dünya çempionatından sonra bu transferin baş tutacağı istisna olunmur.