“Real” qolkiperini satacaq
24.04.2024 , 19:01

“Real” ukraynalı qapıçısı Andrey Luninə qiymət qoyub.
Korner.az xəbər verir ki, Madrid klubu qolkiper üçün transfer təkliflərini nəzərdən keçirəcək.
İspaniya nəhəngi oyunçunun satışından 40 milyon avro qazanmaq istəyir.
Luninin Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
