Dünən İspaniya La Liqasının 18-ci turu çərçivəsində “Real” “Selta”nı qəbul edib.
Korner.az-ın məlumatına görə, gərgin keçən qarşılaşmada meydan sahibləri 3 cavabsız qolla qalib gəlməyi bacarıblar – 3:0.
Bu qələbədən sonra “Kral” klubu 44 xalla turnir cədvəlinin 3-cü pillədəki yerini möhkəmləndirib. “Selta” isə 16 xalla 18-ci pillə də qərarlaşıb.
“Real” 3:0 “Selta”
Qollar: 66 Benzema, 81 Ronaldo, 90+2 Ronaldo
Topa sahib olma faizi: 62% : 38%
Qapıya Zərbələr: 18:15
Qayda pozuntusu: 12:9
Künc zərbələri: 12:9
Hakim: Alfonso Alvarez İzaquerda
Stadion: “Santiyaqo Bernabeo” – 80 min azarkeş
Matçda vurulan qolları təqdim edirik
