"Nə deyim? Fariz Yusifov meydançaya "Neftçi"nin oyunçularını qorumağa çıxmışdı, hakimlik eləməyə yox".
Bu sözləri Korner.az-ın əməkdaşına açıqlamasında "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.
Kapitan bildirib ki, oyun vaxtı baş hakim Lənkəran klubunun futbolçularına xbərdarlıqlar edirmiş: "Xahiş edirəm vurmayın, kobud oynamayın onlara qarşı. Bu nədi? Belə futbol olar?!"