“Futbol elmdir. Əgər bu prosesdə 5-6 prosedurdan keçirsənsə, bu, artıq oyun deyil. Elə rəqib var ki, asandır, elə rəqib də var ki, münasib deyil. “Rəvan” belə komandalardandır".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Rəvan"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Ağ-qaralar"ın çalışdırıcısı qarşıdakı oyunlarda qələbə qazanmaqla ili belə yekunlaşdırmaq istədiklərini bildirib:
"Artıq Avroliqa macərası başa çatıb, hədəf Premyer Liqadır. Dekabrın sonuna kimi bütün oyunlarımızı qələbə ilə bitirmək istəyirik. “Rəvan” bu gün nə oynadı ki, nə də qələbə qazansın”.