big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ” Zirədə ilkə imza ata bilər

15.12.2015 , 12:09

Topaz Premyer Liqasında ikinci dövrə bu həftə yekunlaşacaq. Son 2 turla cari mövsüm yarılanacaq və komandalar 41 günlük qış fasiləsinə yollanacaq. Ancaq indidən qış çempionun adı məlumdur. Lider “Qarabağ”ın 3-cü dövrəyə də 1-ci yerdə yollanacağı ötən tur rəsmiləşdi. İkinci pillənin sahibi “Qəbələ” “Neftçi”yə uduzduğundan, ondan 8 xal irəlidə olan Ağdam klubunun ikinci dövrənin sonunadək əlçatmaz olduğu "Zirə"ylə görüşı çıxmamış dəqiqləşdi.

Antirekordun bir addımlığında

Ötən tur bir sıra maraqlı məqamlar qeyd alındı. Əvvəla, tur qol kasadlığı diqqət çəkdi. Təsəvvür edin ki, 4 oyunda cəmi 2 qol vuruldu. Yalnız “İnter Arena”da tam fərqli mənzərə – bol qolluq oldu. Əgər “İnter” – “Sumqayıt” matçında (2:3) 5 qol vurulmasaydı, XVI turda ən az qol vurulan tur kimi antirekord olacaqdı. Özü də həmin oyunda 5 qoldan 4-ü artıq ilk hissədə vuruldu.

"Sumqayıt"ın qələbəsindən böyük pay sahibi olan Amil Yunanovun məhsuldarlığı diqqət çəkir. Belə ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 22 yaşlı hücumçu ardıcıl 2 turdur meydanı qolsuz tərk etmir. Hesabında artıq 3 qol olan Amil milli çempionatımızda ilk dəfə dubl edib. Onun “Sumqayıt”da komanda yoldaşı olan müdafiəçi Slavik Alxasov cari mövsümdə ilk dəfə fərqlənib. “İnter”də debüt mövsümünü keçirən təcrübəli yarımmüdafiəçi Elnur Abdullayev isə hazırkı klubunda qol hesabını açıb. Müəyyən fasilədən sonra “İnter”ə qayıdan ukraynalı hücumçu Yuri Fomenko 2-ci qolunu da “İnter Arena”da vurub.

Turnir cədvəlində ilk 3 pillədə olan komandalar – “Qarabağ”, “Qəbələ” və “Zirə”nin heç biri rəqib qapısına yol tapa bilməyib. “Zirə” əvvəl qolsuz heç-heçə etmişdisə, “Qarabağ” cari mövsümdə ilk dəfə bu nəticəyə imza atıb. “Qəbələ”nin bu il öz meydanında oyunu qalmadığından, ikinci dövrədə evdə qələbəsinin olmadığı müəyyənləşib.

Qələbə həsrətinə autsayderlərlə matçlarda son qoymaq imkanı

“İnter”lə “Kəpəz”in çempionatda qələbəsiz seriyası davam edir. “Bankirlər”də bu, 3 matçdırsa, Gəncə təmsilçisində artıq 5 oyundur. Əvəzində Əsgər Abdullayevin baş məşqçi postuna gəlişindən sonra dirçələn “Neftçi” artıq “Kəpəz”i arxada qoyub, “İnter”dən isə cəmi 1 xal geridədir. “Ağ-qaralar”ın hətta qış fasiləsinə 2-ci yerdə yollanmaq şansı var.

“Neftçi”nin qarşıdakı turda AZAL-la oyunu məhz Əsgər Abdullayev amilinə görə maraq doğurur. Axı “təyyarəçilər” ona çempionatda hələ ki yeganə medalı qazandıran, ilk dəfə avrokuboklara çıxaran Abdullayevin keçmiş komandasıdır. Üstəlik, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov həmin vaxtlar bu komandada Əsgər müəllimin rəhbərliyi altında oynayıb (eləcə də də millidə), kapitan olub. Əhmədovun özü bir vaxtlar “Neftçi”də məşqçi olub.

“İnter”in qələbəsizlik sindromunu qaldırmaq üçün əlinə yaxşı imkan düşüb. Çünki rəqib son pillənin sahibi “Rəvan”dır. Düzdür, onu da nəzərə alaq ki, “Rəvan” 1 aydan artıqdır evdə uduzmur. “Kəpəz” də autsayderlə – “Xəəzr Lənkəran”la üzləşdiyindən “qara zolaq”dan çıxmaq baxımından gözəl fürsət qazanıb. Özü də gəncəlilər son 2 həftədə Lənkərana 2-ci dəfə səfər edir. Belə ki, komandalar ölkə kubokunda da rəqib olmuşdular və cənub klubu evdə qazandığı qələbəylə “Kəpəz”i kubokdan kənarlaşdırmışdı. Deməli, Gəncə təmsilçisi həm bu məğlubiyyətin əvəzini çıxa, həm də noyabrın 1-dən bu yana, Qəbələdə dumanlı hava üzündən 2 gündə keçirilən oyunda qazandığı qələbədən sonra ilk dəfə meydanı qalib tərk edə bilər.

"Qarabağ" ilk məğlubiyyətini aldığı rəqibə qarşı

Bu, “Rəvan”la “Xəzər Lənkəran”ın başa çatmaqda olan ildə son ev oyunları olduğundan, ondan maksimum yararlanmağa çalışacaqlar. Autsayderlər birinci diviziona yollanan son pillədən yaxa qurtulmaq uğrunda mübarizə apardıqlarından, bir-birinə güzəştə getmək fikrində deyillər.

“Qəbələ”ylə “Zirə” isə 2-ci yer gərgin mübarizə aparırlar və onlar arasında da 1 xal fərq var. Bu mövsüm Zirəyə səfər etməyən yeganə komanda Roman Qriqorçukun yetirmələridir. “Qəbələ”ni bu matçda qələbəyə stimullaşdıran bir sıra amillər var. Əvvəla, “qırmızı-qaralar” qalib gələrsə, qış fasiləsinə 2-ci pillədə yollanmaqlarını rəsmiləşdirəcək. İkincisi də “Zirə” bu mövsüm öz meydanında keçirdiyi 8 oyunun heç birində məğlub olmayıb. Deməli, “Qəbələ” Zirədə bu baxımdan ilkə imza ata bilər.

“Sumqayıt”ı Bakıda ardıcıl 2-ci çətin sınaq gözləyir. Ancaq onu da nəzərə alaq ki, sumqayıtlılar “Qarabağ” üçün arzuolunmaz rəqibdir. Belə ki, Qurban Qurbanovun komandası bu mövsüm ilk məğlubiyyətini məhz “Sumqayıt”dan alıb. Özü də bu, Samir Abasovun vaxtında olub. 37 yaşlı Abasov Premyer Liqada baş məşqçi kimi ilk qələbəsini bir vaxtlar oynadığı “Qarabağ” üzərində qazanıb.

 

Mehman Süleymanov

Son yazılar

To Top