big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qurban Qurbanov Rahiddən danışdı: Onu kiminsə yerində oynatmaq istəmirəm

21.12.2015 , 08:42

Komanda.az-ın keçirdiyi sorğunun nəticələrinə əsasən ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi.

– “Qarabağ”sevərlər bu mövsüm komandadan hansı nəticələri gözləsinlər? 
– Ümumiyyətlə, “Qarabağ” hər mövsüm ən azı ilk üçlükdə olmağı qarşına məqsəd qoyur. Daim çempionluq, kuboku qazanmaq və avrokuboklara düşmək üçün çalışırıq. Fanatlarımızın sayı getdikcə çoxalır. Azarkeşlər də hər il bizdən daha çox şey gözləyir. Onlar bilirlər ki, məğlub olsaq da, yaxşı və baxımlı oyun göstərməyə çalışırıq. Qarşıda kiçik fasiləmiz olacaq. Bundan istifadə edərək yarım mövsümün nəticələrini təhlil etməli, çempionatın ikinci yarısına yaxşı hazırlaşmalıyıq.

– Rahid Əmirquliyevin “Qarabağ”a keçəcəyi haqda söhbətlər dolaşır. Hətta onun klubla müqavilə bağladığı da deyilir…
– Müqaviləni mən görməmişəm (gülür). Amma Rahid kimi futbolçunu komandada görmək xoş olardı. Çünki o, hər cəhətdən güclü futbolçudu. Rahidin adı başqa klublarla da hallanır. Bu gün bazar günüdü, sabahdan bu işlə məşğul olacağıq. 

– Rahidi komandada görmək istəyirsiz. Amma həmin mövqedə bir neçə futbolçu var. Kimi göndərməyi düşünürsüz?
– Onu kiminsə yerində oynatmaq istəmirəm. Sadəcə, həmin mövqeyə dəyişiklik lazımdı. Özünüz gördüz ki, bu il heyətdə həddindən artıq rotasiya etdik. Bu, uğurlu nəticə əldə etmək üçün vacibdi. Hər mövqeyə yüksək səviyyəli ən azı iki futbolçu lazımdı ki, birində fiziki, psixoloji yorğunluq olanda və ya zədələnəndə digəri onu əvəzləsin. Rahid komandaya gəlsə, faydası böyük olacaq. Hər şeydən əvvəl rəqabət güclənəcək.

– Fasilədə komandadan hansısa futbolçu ayrılacaq?
– Siyahını müəyyənləşdirməmişik. Amma bəzi futbolçuların komandadan gedəcəyi gözlənilir. Bir neçə futbolçu ilə yollarımızı ayıracağıq. Bəzi futbolçuların təcrübəyə ehtiyacı var. Həm də komandanın oyunçu dəyişikliyinə ehtiyacı var. Bəzi oyunçularla uzunmüddətli müqaviləmiz olsa da, sözləşməni qarşılıqlı razılıq əsasında ləğv etməyə çalışacağıq.

– Qış “transfer pəncərəsi”ndə komandaya yeni futbolçu cəlb olunacaq?
– Bəli. Bəzi mövqelərə futbolçuların cəlb olunmasını istəyirik. Hər “transfer pəncərəsi”ndə istəyirəm ki, komandaya 2-3 futbolçu gəlsin. Əfsuslar olsun ki, bəzən bizdən asılı olmayan səbəblərə görə bunu əldə edə bilmirik.

– Komandanın hansı mövqeyini gücləndirmək istərdiz? 
– Açığı, bütün mövqelərə ən azı bir daha böyük potensialı olan futbolçunun gəlməsini istəyirəm.

– “Qarabağ”ın heyəti builki qədər heç vaxt zəngin olmamışdı. Komandanı Avroliqada, çempionatda və kubokda fərqli heyətlərlə meydana çıxarmaq şansınız oldu. Bu sizin üçün və komanda üçün nə qazandırdı?
– Düz qeyd etdiz, heyətimiz kifayət qədər genişdi. Əvvəllər avrokubok oyunlarından sonra çempionatda xal itirirdik və tənqidlərlə üzləşirdik. Bu il isə demək olar ki, belə hallar yaşanmadı. Çünki heyətimizin zəngin olması rotasiya etməyimizə şərait yaratdı. Amma bu qədər çox oyunçuya sahib olmağımıza rəğmən, problemlərimiz də oldu. Adicə Reynaldonun və Cumbinyonun zədələnməsi hücum xəttini zəiflətdi. Ona görə də, uğur qazanmaq istəyən komandanın hər mövqeyində bir neçə prespektivli futbolçu olmalıdı.

– Reynaldodan xəbər varmı, nə vaxt qayıdacaq?
– O hazırda fizioterapevtiylə Braziliyadadı. Artıq bərpa məşqlərinə başlayıb. Ən geci yanvar ayının 15-i komandaya qoşulacaq. Dizindən xəsarət aldığından, onun əməliyyatının ağır keçəcəyini düşünürdük. Şükürlər olsun ki, belə olmadı və tez sağaldı.

– Hücum xəttinə döyüşkən futbolçunun olmasını istərdizmi? Belə axtarışlara başlamısızmı?
– Təbii ki, istəyirəm. Artıq daha prespektivli bir neçə futbolçunu nəzərdən keçirmişəm. Hazırki futbolçularımın döyüşkən olmadığını deməzdim. Çünki məşqlərdə, oyunlarda onların bacardıqlarından daha çox şey etmək istədiyini görürəm. Ən azı qarşılarındakı rəqibdən çəkinmirlər, 90 dəqiqə mübarizə aparırlar. Amma yaxşı olar ki, komandaya ustalıq səviyyəsi yüksək olan oyunçu cəlb olunsun.

“Futbol+” qəzeti

Son yazılar

To Top