big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qurban Qurbanov: “Neftçi” futbolçularının milliyə dəvət almaması…”

26.03.2015 , 17:12

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün komandasının Azərbaycanın U-21 millisinə 3:2 hesabı ilə qalib gəldiyi yoxlama oyunundan sonra müsahibə verib:

– Yoxlama oyunu olmasına baxmayaraq, maraqlı matç keçdi. Qarşılaşma haqda fikirləriniz necədir?

– Belə gənc komandaya qarşı oynamağımız yaxşı oldu. U-21 millimiz tam istədiyimiz bir rəqib idi. Hazırlığımızın son mərhələsini bu oyunla davam etdirdik. Maraqlı matç alındı. Baxmayaraq ki, futbolçuların çoxu milli komandaların heyətindədir. Amma belə qarşılaşmalar milliyə dəvət almayan futbolçuların oyun təcrübəsi qazanması baxımından yaxşıdır.

–  Son transferiniz Dani Quintananın oyunu barədə fikirləriniz necədir?
 
– Dani hələ tam hazır deyil. İlin əvvəlindən oyun keçirməmişdi. Bu gün ilk matçı oldu. Onun üçün oynamaq bir az ağır idi.
 
– Bu gün bir çox gənc futbolçuya da şans verdiniz. Etimadınızı doğruldanlar oldu?

– Bir neçə vaxtdır məşqlərimiz ağır keçir. Bu qarşılaşmada gənc futbolçularımız tam hazır deyildi və bir az yüklənmə ilə oynadılar. U-21 millisinə qarşı pis təsir bağışlamadılar. Verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Düzdü, səhvləri oldu. Belə kiçik problemlər qaçılmazdır. Bu da ola bilər ki, oyun təcrübəsinin aşağı olmasından irəli gəlir. Normal çıxış etdilər.

– Bu gün “Qarabağ”ın 9 futbolçusunun əsas milli komandalara dəvət almasının komandanız üçün yaxşı və mənfi tərəfi nədir?

– Həqiqətən də bunun müsbət və mənfi cəhətləri var. Bir tərəfdən klublar borcludur ki, milli komanda üçün futbolçu yetişdirsin. Amma belə bir sıx qrafikdə birdən-birə bu qədər oyunçunun aramızda olmaması bizə hardasa problem yaradır. Xüsusilə çempionatda növbəti oyunumuz “İnter” kimi iddialı kluba qarşı olacaq. Amma buna normal baxıram. Təki milli komandada futbolçularımızın sayı çox olsun. Çatışmazlıqları aradan qaldırarıq.

– Milli komandamız martın 28-də Malta ilə qarşılaşacaq. Yığmamızın uğur qazanacağına inanırsız?

– İlk öncə komandamıza uğurlar arzulayıram. Hamımız onlardan yaxşı nəticə gözləyirik. Milli çoxdandır azarkeşlərimiz qarşısında qalib gəlmir. Tam dəyişik bir oyun görəcəyimizi düşünürəm. Futbolçularımızın da açıqlamalarını izləyirəm. Hiss olunur ki, hamısı həvəslidir.

– Azərbaycan millisinin yeni çalışdırıcısı Robert Prosineçki vaxtı ilə həm futbolçusu, həm də baş məşqçisi olduğunuz “Neftçi”dən milliyə bir futbolçu belə dəvət etməyib. Buna münasibətiniz necədir?

– Bu, mənə aid olmayan sualdır. Amma buna müəyyən mənada normal baxıram. Çünki Prosineçki ilk oyuna birdən-birə bütün futbolçuları dəvət edə bilməzdi. Ola bilər ki, bu oyun üçün belə qərar qəbul edib. Sabah ola bilər “Neftçi”dən daha çox futbolçu olsun, “Qarabağ”dan az. Prosineçkinin “Neftçi”nin futbolçularına dəvət göndərməməsi o demək deyil ki, bu komanda zəifdir. Əksinə son illər bu klubda inkişaf özünü göstərir. Yerli oyunçulara daha çox üstünlük verirlər. 

Qol.Az

Son yazılar

To Top