“Yaxşı qələbə qazandıq. Düşünürəm ki, maraqlı oyun oldu”.
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov deyib.
Qurbanov transferlərə ehtiyac olduğunu da deyib: “Qabaqda “Qəbələ” ilə oyun var. O oyuna hazırlaşmalıyıq. Hələ çempion olmamışıq. Qarşıda oyunlar var. Rahatlaşmaq olmaz. Üzərimizdə çalışıb, daha da yaxşı olmalıyıq. Komandaya yeni transferlər lazımdır. Zədələr, cəzalar olur. Bu da bəzən bizim oyunlara təsir edir”.