"Mənə inanacaqsız, yoxsa UEFA-ya? Biz heç vaxt danışılmış oyun iştirakçısı olmamışıq. Mənim və komandamın başı uca, vicdanımız təmizdir".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ" – "Simurq" matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Çalışdırıcı Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Bakı" ilə keçirdikləri oyunun nəticəsinin (1:1) UEFA tərəfindən şübhəli qəbul edilməsini doğru saymır: "Futbolda belə nəticələr olur. Ona görə də şübhələri boş vermək lazımdır".