Qol.az saytı artıq 4 ildir ki, oxucuları ilə görüşür. 2008-ci ilin noyanbr ayının elə bu günündə fəaliyyətə başlayan sayt çox qısa zaman ərzində populyarlıq qazanaraq, ən çox oxunan və sevilən saytlardan birinə çevrilib. 2009-cu ildə Qol.az “Milli net” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yerə layiq görülüb.
Korner.az saytı olaraq həmkarlarımızı təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq.