Cari ilin ən yaxşı gənc futbolçusunun adına aydınlıq gəlib. Fransa millisinin üzvü, PSJ-nin hücumçusu Kilian Mbappe digər rəqiblərini qabaqlayıb.
İtaliyanın məşhur “Tuttosport” nəşrinin keçirdiyi sorğuda Mbappe ilə həmyerlisi Osman Dembele (“Barselona”) və braziliyalı Qabriel Jezuş (“Mançester Siti”) mübarizə aparıblar.
Jurnalistlər arasında keçirilən səsvermədə qalib gələn Mbappe ötən mövsüm “Monako”da meydana çıxdığı 44 matçda 26 qola imza atıb. 18 yaşlı oyunçu sabiq komandasının heyətində Fransa çempionu olmaqla yanaşı, Çempionlar Liqasında yarımfinala qədər irəliləyib. O, yay fasiləsində icarə əsasında PSJ-yə keçib.
