Qış Olimpiya Oyunlarının keçirildiyi Cənubi Koreyanın Pxençxan şəhərində fırtına başlayıb
Olimpiya parkının yerləşdiyi Kannında şiddətli külək müşahidə olunmaqdadır.
Parkın giriş nöqtəsinin, çadırların dağıldığı, bir neçə insanın xəsarət aldığı bildirilir.
Hadisə nəticəsində bu gün keçirilməli olan biatlon yarışı təxirə salınıb. Hokkey oyunlarının da baş tutması sual altındadır.
