Cennaro Qattuzo yenidən sabiq komandası “Milan”a qayıdıb.
Korner.az-ın məlumatına görə, klub bu haqda rəsmi sosial şəbəkə hesabından məlumat yayıb.
39 yaşlı məşqçi “Milan”ın gənclərdən ibarət komandasını çalışdıracaq.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 1999-2012-ci illərdə “Milan”da çıxış edib. 2013-cü ildən məşqçiliyə başlayan veteran yarımmüdafiəçi son olaraq İtaliyanın “Piza” klubunu çalışdırıb.