Hava nəqliyyatı şirkəti “Qatar Airways” təyyarə qəzası nəticəsində heyətinin bir çox üzvünü itirən “Şapekoense” klubunun yeni sponsoru olub.
Korner.az-ın məlumatına görə, Qətər şirkəti braziliyalı klub ilə 5 illik müqavilə imzalayıb.
Şirkət “Şapekoense”yə 5 il ərzində 20 milyon avro ödəyəcək.
