“Qarabağ”la oyuna ciddi yanaşırıq”
02.11.2022 , 12:20

“Frayburq” futbolçusu Yannik Kaytel Avropa Liqaaının qrup mərhələsinin VI turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında fikirlərini bildirib.
Korner.az xəbər verir ki, o, sabahkı oyun barədə bunları deyib:
“Azərbaycana getdiyim üçün çox sevinirəm. Qarşılaşmaya ciddi yanaşacağıq. Bakıdakı matçda qələbə qazanmaq istəyirik. “Qarabağ”ı tanımırdım. İlk oyunda da iştirak etməmişəm. Rəqib hücumda çox yaxşı oynayır. Sabahkı matçı maraqla gözləyirəm”.
Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.
