“Qarabağ”ın təxirə salınmış oyununun vaxtı açıqlandı
06.05.2022 , 11:44
Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış oyunun keçiriləcəyi vaxt və stadionu müəyyənləşib.
Korner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçı mayın 12-də keçiriləcək.
“Azersun Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.