“Qarabağ”ın növbəti rəqibi məlum oldu
28.07.2022 , 00:51
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi məlum olub.
Korner.az xəbər verir ki, Ağdam klubu III mərhələdə Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.
Komanda II mərhələdə Slovakiya “Slovan”ını mübarizədən kənarlaşdırıb (1:2, 4:1).