Ağdamın “Qarabağ” klubunun Türkiyə toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarından birinin vaxtı və rəqibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə,Qurban Qurbanovun başçılıq etdiyi klubun rəqiblərindən biri Rusiyanın “Ural” klubu olacaq. I divizion təmsilçisi ilə qarşılaşma yanvarın 19-da baş tutacaq.
Qeyd edək ki, “Ural” Rusiya çempionatının I divizionunun turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.