Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu bu gün növbəti yoxlama matçını keçirəcək.
Korner.az-ın məlumatına görə, Bu matç Azərbaycan çempionunun hazırlıq çərçivəsində son sınağı olacaq. Belə ki. bu qarşılaşma ilə təlim-məşq toplanışını başa vuracaq Qurban Qurbanovun yetirmələri vətənə dönəcək.
Qeyd edək ki, “Qarabağ” bunadək Xorvatiyanın “RNK Split” klubuna 1:3 hesabı ilə məğlub olub, İsveçrə “Sürix”i ilə “sülh bağlayıb” – 1:1, Bolqarıstan təmsilçisi “levski”dən 3 cavabsız qol buraxıb.
27 yanvar
16:00. “QARABAĞ” (AZƏRBAYCAN) – “LEGİYA” (POLŞA)
