Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün son yoxlama matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi Rusiyanın “Mordoviya” klubu ilə qarşılaşacaq.
Rusiya Premyer Liqasında mübarizə aparan “Mordoviya” klubunu hazırda “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin çalışdırır. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
29 yanvar
Yoxlama oyunu
13:00. “Qarabağ” (Azərbaycan) – “Mordoviya” (Rusiya)
