Avropa Liqasında mübarizə aparacaq "Qarabağ" daha bir futbolçunun keçidini rəsmiləşdirir.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin məşqçilər korpusu baxışda olan İriç Kapolonqonun oyununu bəyənib və futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, "Qarabağ" mövsümlərarası fasilədə Leroy Corc və Nikoloz Gelaşvili ilə rəsmi müqavilə imzalayıb.