“Qarabağ”dan növbəti transfer – Rəsmi
28.08.2020 , 15:33
“Qarabağ” heyətinə daha bir futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi “Çerno More”nin (Bolqarıstan) mərkəz yarımmüdafiəçisi Patrik Andrade transfer edib. Məlumatı klubun saytı yayıb. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.
Afrika qitəsində yerləşən Kabo-Verdenin vətəndaşı olan Petrik Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.