Bu gün Topaz Premyer Liqasında III tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, 3 oyunluq turun son matçında “Qarabağ” – “Neftçi” ilə qarşılaşacaq.
Ölkə çempionatlarının daimi iştirakçılarının dueli ağdamlıların meydanında baş tutacaq. Hər iki komandanın ev oyunlarını keçirdiyi stadionun qazonunda problemlərin yaranması üzündən son illərin çempionlarının ikisi də “Əlincə Arena”ya sığınıb.
Ağdamlılar bu oyunda qol sevinci yaşasa, ardıcıl 20-ci çempionat görüşündə meydanı fərqlənmədən tərk etməmiş olacaq.
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Höteborq” səfərindən məğlub dönən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov cavab matçını nəzərə alaraq ciddi rotasiyaya əl ata bilər.
Topaz Premyer Liqası
III tur
21 avqust (bazar)
20:00. “Qarabağ” – “Neftçi” – 3:0
Qol: Jayro Rodriqes 24 (ö.q), Mahir Mədətov 47, Əl Jadeyui 80.
